
Palmerin “Çelsi”də ən yaxşı hesab etdiyi 5 futbolçu
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer klubda ən yaxşı hesab etdiyi beş futbolçudan ibarət rəmzi heyətini açıqlayıb.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu, müdafiə xəttində Ris Ceyms və Tosin Adarabionu seçib. O, yarımmüdafiə xəttində Romeo Laviaya üstünlük verib, hücumda isə Joao Pedro və Estevaonu ideal seçim kimi göstərib.
Palmer 2023-cü ildə “Mançester Siti”dən “Çelsi”yə 47 milyon avroya transfer olunub. Onun klubu ilə müqaviləsinin müddəti 2033-cü ilin iyununa qədərdir. 24 yaşlı futbolçu cari mövsümdə 31 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



