
Palmer “Çelsi”də ən zarafatcıl futbolçunun adını açıqladı
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer komandada ən zarafatcıl futbolçunun kim olduğunu açıqlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli futbolçu, “Çelsi”də ən çox zarafat edən oyunçunun Mark Kukurella olduğunu bildirib:
“Ən çox zarafat edən? Bu, Mark Kukurelladır. Niyə belə olduğunu bilmirəm, amma o, sadəcə çox gülməlidir”.
Kukurella “Çelsi”yə 2022-ci ildə “Brayton”dan 65 milyon avro qarşılığında transfer olunub. Onun London klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
İspaniyalı müdafiəçi cari mövsümdə 41 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



