Serxio Ramosdan gələcəyi haqda açıqlama

PSJ-nin müdafiəçisi Serxio Ramos Fransa klubu ilə müqavilənin mümkün uzadılması ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, mövsümün sonunda hər şeyin aydın olacağını deyib:

“Mən özümü əla hiss edirəm. Düşündüyüm yeganə şey oynamaq və ən yaxşı səviyyəmi göstərməkdir. PSJ ilə yeni müqavilə? Mövsümün sonunda nə baş verəcəyini görəcəyik”.

36 yaşlı oyunçu 2021-ci ilin iyulunda “Real”dan Paris klubuna keçib. Ramos PSJ-nin heyətində ümumilikdə 30 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button