Ozan Can rəsmən “Sabah”da

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu 21 yaşlı yarımmüdafiəçi Ozan Can Kökçünü heyətinə qatıb.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Ozan yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Gənc futbolçu peşəkar karyerası ərzində Hollandiyanın “Valveyk”, Türkiyənin “Bursaspor” və “Girəsunspor” klublarında oynayıb.

Ozan Can Azərbaycanın U-21 millisində də çıxış edib.