Ozan Can oynadı, “Telstar” səfərdən xalsız döndü

Futbol üzrə Niderland 2-ci liqasında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Maastrixt”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Ozan da bu matçın iştirakçısı olub. O, 38-ci dəqiqədə meydana buraxıb. Kökçü 54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Telstar” 2-ci liqada 5 turdan sonra cəmi 2 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button