Oyundan çıxarıldı, millinin düşərgəsini tərk etdi

İsveç millisi AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Rumıniyanı 2:1 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmadan sonra İsveç yığmasının üzvü Emil Forsberq, millinin düşərgəsini tərk edib. Buna səbəb, onun matçın 68-ci dəqiqəsində əvəzlənməsi olub. Bu barədə İsveç mətbuatı məlumat yayıb. Xəbərdə, Forsberqin əvəzləndiyi üçün narazı olduğu və komandanın düşərgəsini tərk edərək, klubu “Leyptsiq”ə geri qayıtdığı bildirilib.

İsveç Futbol Federasiyası Forsberqin zədələndiyi üçün yığmanın heyətindən çıxarıldığını açıqlasa da, yerli mətbuat futbolçunun narazı olduğuna görə klubuna geri qayıtdığını iddia edir.

İsveç millisi AÇ-2020-nin seçmə mərhələsinin 2-ci turunda, martın 26-da səfərdə Norveçlə qarşılaşacaq.