“Ötən mövsümlə müqayisədə irəliləmişik”

İngiltərə Premyer Liqasında 15-ci turun son oyunu keçirilib. Autsayder “Vulverhempton” öz meydanında “Mançester Yunayted”i qəbul edib və gözlənildiyi kimi, böyükhesablı məğlubiyyətlə (1:4) üzləşib.

Bununla belə, qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb ki, bu da “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimi qane etməyib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ötən mövsümlə müqayisədə irəlilədiklərini bildirib:

“Biz demək olar ki, bütün oyun ərzində yaxşı çıxış etdik. Əslində, hər şey ilk hissədə həll olunmalı idi. Yaxşı ki, ikinci hissə də vardı və bu, oyunu istədiyimiz kimi tamamlamağa imkan verdi. Məncə, ötən mövsümlə müqayisədə irəliləmişik, daha çox qol vəziyyəti yaradır və daha çox zərbə vururuq”.

Qələbə Amorimin komandası üçün turnir cədvəlində böyük əhəmiyyət daşıyıb. “Mançester Yunayted” 6-cı pilləyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button