Osimhenin İtaliyadan iki “müştəri”si var

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen yenidən İtaliya A Seriyasına qayıda bilər.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, nigeriyalı forvardın xidmətində İtaliyanın iki top-klubu maraqlıdır. Söhbət “Roma” və “Yuventus”dan gedir.

Osimhen İtaliya çempionatında daha əvvəl “Napoli”dəki çıxışı ilə tanınıb və A Seriyasının ən təhlükəli hücumçularından biri hesab olunub.

27 yaşlı futbolçunun “Qalatasaray”la müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir. O, ötən mövsüm Türkiyə çempionatında 22 oyuna çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button