“Omoniya” “Qarabağ”la matça ciddi itkilərlə çıxacaq

Kiprin “Omoniya” komandası Avropa Konfrans Liqasının 5-ci turunda “Qarabağ”la oyuna itkilərlə çıxacaq.

Komanda.az xəbər verir ki, Nikosiya klubunun ispaniyalı müdafiəçisi Hektor Yuste Kipr çempionatının son turunun “Aris”lə görüşündə zədələnib. Onunla yanaşı serbiyalı hücumçu Marko Şçepoviç də sıradan çıxıb.

Hər iki futbolçunun Bakıdakı görüşdə oynaması sual altındadır. Bundan əvvəl isə “Omoniya”nın qapıçısı Fabiano zədələnərək sıradan çıxmışdı.

Noyabrın 25-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” matçına saat 21:45-də start veriləcək.