O olmasın, bu olsun

“Mançester Yunayted” “Tottenhem”in hücumçusu Harri Keynə alternativ olaraq “İnter”in futbolçusu Lautaro Martinesi nəzərdən keçirir.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, argentinalı hücumçu bu yay 70 milyon funt-sterlinqə (79,8 milyon avro) satıla bilər və bu səbəbdən, Keyndən daha ucuz seçimdir.

Daha əvvəl “Tottenhem”in 29 yaşlı ingilis forvard üçün 100 milyon avro istədiyi bildirilirdi.

25 yaşlı Martines “İnter”in heyətində 228 matçda ümumilikdə 95 qola imza atıb. O, 2018-ci ildən İtaliya klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button