“O, olmasaydı, komanda bu qədər irəli gedə bilməzdi” – Qvardiola

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola komandanın vəziyyəti və futbolçusu Rahim Strerlinqlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, “şəhərlilər”in vəziyyəti və Sterlinqlə bağlı bunları deyib:

“Mövsümün ilk hissəsi çox həyəcanlı keçdi. Çempionluq yarışında olan komandalar üçün yenə eyni hal olacaq. Oyun ritmimizi tapmalı, səbrli oynamalıyıq. Ən yaxşı komandalar da büdrəyir. Hər oyun mürəkkəb və çətindir.

Sterlinq bizim üçün inanılmaz dərəcədə vacib futbolçudur. Vurduğu qol və məhsuldar ötürmələrlə komandaya böyük fayda verir. O, olmasaydı, komanda bu qədər irəli gedə bilməzdi. Sterlinq bizimlə olduğu üçün xoşbəxtəm”.