Artetadan DÇ-2022-yə aparılan futbolçusuna tərif

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının müdafiəçisi Ben Uaytın DÇ-2022 üçün İngiltərə yığmasına çağırılmasını şərh edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis müdafiəçinin inkişaf etdiyini vurğulayıb:

“Düşünürəm ki, o, həqiqətən xoşbəxtdir. Oyunçular onun adına çox sevindilər. O, buna tamamilə layiqdir. Bu, onun üçün böyük bir andır. Onun karyerasına diqqət edin. Qısa müddət ərzində nə qədər irəliləyib!

Hər bir oyunçunun fərqli mövqelərdə oynamasını müəyyən etmək üçün müəyyən vaxt lazımdır. Məncə, bu, onun da çox xoşuna gəlir. Universal oyunçu olmaq dünyada nadir rast gəlinən bir şeydir. Düşünürəm ki, o, bunu etmək qabiliyyətinə malikdir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button