“Ronaldo bizim nəslin formalaşmasına kömək etdi” – Alaba

“Real”ın müdafiəçisi David Alaba Kriştiano Ronaldo haqda danışıb.

Komanda.az “Realtotal”-a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçuya futbol üçün etdiklərinə görə təşəkkür edib:

“Şəxsən mən Ronaldoya son 15 ildə futbol adına etdiklərinə görə çox minnətdaram. O, bizim nəslin formalaşmasına kömək etdi. Bu məsələdə onun təsiri çox böyükdür”.

Bir müddət əvvəl “Mançester Yunayted” və 37 yaşlı hücumçu qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Ronaldo hazırda azad agentdir.

DÇ-2022-də Kriştiano Ronaldonun formasını geyindiyi Portuqaliya millisi 1/4 finalda Mərakeşə məğlub olaraq (0:1), turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button