“Nə özümün, nə də digər hücumçularımızın performansından razıyam” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin futbolçusu Lukas Melano mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, 30 yaşlı argentinalı hücumçu öz oyunundan razı olmadığını bildirib:

“Nə özümün, nə də digər hücumçularımızın performansından razıyam. Hücumçunun işi qol vurmaqdır, biz bunu reallaşdıra bilmirik. Komandaya qoşulduqdan sonra uyğunlaşma dönəmi keçirməyə başladım. Bir neçə həftə oynamadım, son matçlarda iştirak etdim. Hələ ki, qol vurmasam da, qarşıdakı matçlarda bunu həyata keçirməyə çalışacam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button