
Qurban Qurbanov: “Nyukasl”ın bizə uyğun olmayan oyun üslubu var”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Nyukasl”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Çox böyük təcrübə əldə edə biləcəyimiz bir oyundur. Azərbaycan Premyer Liqasında bu, bir ilkdir. “Nyukasl” çox köklü komandadır. Hazırlaşmağa vaxtımız az oldu. Oyunçularıma baxıram, onlar çox məsuliyyətli davranırlar. Bu, mənə inam verdi ki, onlar çox həvəslidirlər. Rəqibə baxmışıq, bəlkə də, bizə uyğun olmayan oyun üslubları var. Rəqibə maksimum imkan verməyən komandadır.
Yaxşı mübarizə aparmağa, ağıllı oynamağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstəliyir, lakin inanıram ki, futbolçularımız özlərini göstərməyi bacaracaqlar.
Hər zaman ehtiyyatlı olmağa çalışırıq. Lakin rəqibin üstünlüyü var. Biz nəyisə əldə etmək istəyiriksə, yaradıcı olmalıyıq. Sabah çox istərdim ki, azarkeşlərimiz oyundan zövq alsınlar, açıq oyun görsünlər.
Bəzən İngiltərə klubları öz liqalarını Çempionlar Liqasında üstün tuturlar.
Kadi Borgesin geri dönməsi bizim üçün çox xoşdur. Sistemdə dəyişikliklər edə bilərik. Start heyət sabah daha dəqiq bilinəcək. Təəssüf ki, Nəriman bu oyunda olmayacaq. Lakin biz onun yerinə oyunçu sala bilmərik. Yalnız aşağı yaş qruplarından əlavə edə bilərik.
Komandaların ümumi durumuna baxsaq, favorit “Nyukasl”dır. Maraqlı nəticələr olur və biz də istərdik ki, o maraqlı nəticələrin siyahısında olaq. Biz sevinirik ki, bu liqada bu komandalarla mübarizə aparırıq, lakin dəqiq nəticə deyə bilmərəm”.
Nəzrin
Bizi Facebook-da izləyin



