Noyer daha tez qayıda bilər

“Bayern”in qapıçısı Manuel Noyer gözləniləndən daha tez sağala bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, son kiçik əməliyyat 37 yaşlı futbolçunun sağalma prosesini sürətləndirib və onun hərəkətliliyinə müsbət təsir edib.

Bu səbəbdən, Münhen klubu Noyerin tez sağalacağına ümid edərək, yeni mövsümün planlarında ona da yer verib.

Xatırladaq ki, Noyer tətildə xizək sürərkən ayağını sındırıb. 37 yaşlı futbolçu 2022-ci il dekabrın 1-dən bəri oynamır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button