Futbolçu infarkt keçirdi, matç yarımçıq dayandırıldı

Norveç 2-ci liqasında 27-ci turun “Soqndal” – “Styordals Blink” matçında xoşagəlməz hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, “Soqndal” komandasının futbolçusu Emil Palsson 12-ci dəqiqədə gözlənilmədən yerə yıxılıb.

İslandiyalı yarımmüdafiəçi infarkt keçirib. Həkimlərin ilkin müdaxiləsindən sonra Palsson xəstəxanaya aparılıb.

“Soqndal” – “Styordals Blink” matçı yarımçıq dayandırılıb.

Emil Palsson bir dəfə İslandiya yığmasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button