Neymar Braziliyaya qayıdır

PSJ-nin zədəli futbolçusu Neymar Braziliyaya yollanacaq.

Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu bu gün müalicə kursu üçün vətəninə yola düşəcək. Bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb.

Xəbərdə, Neymarın klubun həkimləriylə birgə Braziliyaya gedəcəyi və 10 günlük müalicə kursu keçəcəyi bildirilib.

Ötən ay zədələnən Neymarın apreldə yaşıl meydanlara qayıdacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button