
Nesta İngiltərə klubuna “yox” deyib
İtaliya millisinin və “Milan”ın sabiq müdafiəçisi Alessandro Nesta karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilərmiş.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisə “Tottenhem”dən təklif gəlib.
London təmsilçisi onu Roberto De Zerbinin rəhbərlik edəcək məşqçilər heyətinə cəlb etmək istəyib.
Nesta bu təklifi rədd edib. Bildirilir ki, o, yalnız baş məşqçi kimi fəaliyyət göstərmək niyyətindədir və uyğun təklifləri gözləyir. Onun son iş yeri “Monza” olub və ötən ilin yayında klubdan ayrılıb, hazırda işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



