“Neftçi”nin futbolçusu milliyə yollanmayacaq

“Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar Haiti milli komandasının düşərgəsinə yollanmayacaq.

Komanda.az xəbər verir ki, buna səbəb futbolçunun zədə almasıdır. Bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb. Mustivar sağ budun orta 1/3-də birinci dərəcəli gərilmə diaqnozu ilə 7-8 gün müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.

Mustivar Haiti milli komandasının KONKAKAF Milli Liqası çərçivəsində sentyabrın 7-də və 10-da Kurakao yığması ilə keçirəcəyi oyunlara dəvət olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button