Hakimlər “Neftçi”nin oyununa gecikdi

“Neftçi”nin Türkiyənin Antalya şəhərində Polşanın “Qurnik” (Leçna) komandasına qarşı üçüncü yoxlama oyunu əvvəlcədən nəzərdə tutulduğu vaxtda başlamayıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanın startı Bakı vaxtı ilə saat 16:00-a təyin olunsa da, bu, gerçəkləşməyib.

Buna səbəb, matça təyin olunan hakimlər briqadasının gecikməsi olub. Nəticədə matç 22 dəqiqə gec başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button