“Neftçi”nin sonuncu rəqibi müəyyənləşdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin sonuncu sınaq matçındakı rəqibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” Polşanın “Qurnik” (Lençna) komandası ilə qarşılaşacaq.

Yanvarın 24-də “Emirhan Sports Complex Side”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək. Oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan “Neftçi” qardaş ölkədə iki yoxlama oyunu keçirib. “Ağ-qaralar” yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), 19-da isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə qarşılaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button