“Neftçi”nin potensial rəqibi çexlərlə bacarmadı

“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi olan Rusiyanın “Arsenal” klubu yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, Tula təmsilçisi Çexiyanın “Prşibram” klubu ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə bitib.

“Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Speranta”nı keçəcəyi təqdirdə, 2-ci mərhələdə “Arsenal”la qarşılaşacaq.

“Speranta” ilə “Neftçi” arasındakı ilk qarşılaşma iyulun 11-də, saat 21:00-da start götürəcək. Komandalar arasındakı cavab oyunu isə iyulun 18-də Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button