“Neftçi”nin hücumçusu milli komandaya dəvət aldı

“Neftçi”nin hücumçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 13-dən 21-nə kimi BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.

Belarus millisi toplanış çərçivəsində noyabrın 17-də Suriya, 20-də isə Oman yığmaları ilə qarşılaşacaq.

Boqomolski Belarus milli komandasının heyətində 4 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button