“Neftçi”dən ayrılan hücumçu Səudiyyə Ərəbistanına üz tutdu

Bu yay “Neftçi”dən ayrılan braziliyalı futbolçu Tyaqo Bezerranın yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 35 yaşlı hücumçu bundan sonra Səudiyyə Ərəbistanının “Əl-Aruba” klomandasının uğurları üçün çalışacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, “Neftçi”yə 2021-ci ilin sentyabrında transfer olunmuş Bezerra 25 oyunda 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button