“Neftçi”nin Çempionlar Liqasındakı matçları canlı yayımlanacaq

“Neftçi” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək.

Komanda.az xəbər verir ki, komandalar arasında ilk oyun iyulun 7-də keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da start götürəcək qarşılaşma “CBC Sport” telekanalında canlı yayımlanacaq.

Cavab görüşü isə iyulun 14-də, saat 21:00-da 8-ci km stadionunda keçiriləcək. Bakıdakı matç da “CBC Sport” telekanalında canlı yayımlanacaq.

“Neftçi” “Dinamo” səddini keçsə, 2-ci mərhələdə Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button