“Neftçi” “Səbail”lə oyuna iki itki ilə hazırlaşır

“Neftçi” Premyer Liqanın 12-ci turunda qarşılaşacağı “Səbail”lə matçın hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, iki günlük fasilədən sonra noyabrın 23-də hazırlığı bərpa edən komanda bu gün növbəti məşqə çıxıb.

“Sabah”la oyunda zədələnmiş Aqil Məmmədov hazırlıqda iştirak etməyib. Digər zədəli Tiaqo Bezerra isə komandadan ayrı məşq edib.

Digər bütün futbolçuların qatıldığı hazırlıq prosesi əsasən toplu çalışmalardan ibarət olub.

Noyabrın 27-də keçiriləcək “Neftçi” – “Səbail” matçına saat 18:15-də start veriləcək.