
“Neftçi” rəhbərliyi haqqında pis söz deyə bilmərəm”
“Neftçi”nin sabiq ukraynalı baş məşqçisi Roman Qriqorçuk komandadakı dövrünü xatırlayıb və həmyerlisi Yuri Vernidubun “ağ-qaralar”a baş məşqçi təyinatını dəyərləndirib.
Komanda.az xəbər verir ki, “sport.ua” portalına danışan Qriqorçuk “Neftçi” rəhbərliyi ilə indi də münasibətlərinin yaxşı olduğunu deyib:
“Neftçi”dəki dövr haqda əvvəllər dəfələrlə danışmışam. Orada işlər belə alındı… Sadəcə, əldə edə bilmədiyimiz nəticələrdən başqa, yaxşı idik. “Neftçi” brenddir, amma klub uzun müddətdir ki, böyük nəticələr əldə edə bilmir. Klub turnir cədvəlinin yuxarı pillələrində olmadığı və çox oyun qazanmadığı vaxta buna səbrlə dözə bilmirlər. “Neftçi” avrokuboklara vəsiqə qazanmadıqda, bu, artıq belə böyük bir klub üçün normal vəziyyət deyil. “Neftçi” böyük nüfuza malik klubdur. Nəticələri olmadıqda, başqa məşqçi axtarırlar və dərhal nəticə verəcəyinə ümid edirlər.
“Neftçi” rəhbərliyi haqqında pis söz də deyə bilmərəm. Onlarla elə isti münasibətim var ki, təsəvvür belə, edə bilməzsiz. İndi də bu cürdür. Sadəcə, Yuri Nikolayeviçə həm onun, həm də klub rəhbərliyinin arzuladığı şeyə çatmaqda uğurlar arzulamaq istəyirəm. “Qarabağ”ı “taxt”dan salmaq çox çətin olacaq, amma mən düşünürəm ki, “Neftçi”nin məqsədi çempionluğu qazanmaqdır. Komandanı təhvil alanda bunu yalnız bir məqsədlə etmişdim – birinci yeri tutmaq və Çempionlar Liqasında oynamaq. Yuri Nikolayeviçə bu işdə uğurlar arzulayıram”.
Bizi Facebook-da izləyin



