“Neftçi” “Olimpiakos”la oyuna yeni transferlərlə hazırlaşır

“Neftçi” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı “Olimpiakos”la oyunun hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, Tiflis “Dinamo”su ilə cavab matçının ertəsi bərpa məşqi keçib, sonrakı gün istirahət edən komandanın üzvləri dünən və bu gün klubun bazasında məşqə çıxıblar.

Hər iki hazırlıq prosesində yeni transferlər – Romen Bask və Huqo Basto da iştirak ediblər.

Qeyd edək ki, “Olimpiakos”la ilk oyun iyulun 21-də “Georgios Karaiskakis” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.