“Neftçi” növbəti transferini açıqladı – VİDEO

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu portuqaliyalı müdafiəçi Huqo Bastonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə imzalanmış müqavilənin detalları hələ açıqlanmayıb.

Huqo Bastonun son klubu “Eştoril” olub. O, geridə qalan mövsümdə bu komandanın heyətində 31 oyuna çıxıb, 3 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button