“Neftçi” mövsümə məğlubiyyətlə başladı

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının ilk turu çərçivəsində növbəti oyun baş tutub.

Komanda.az xəbər verir ki, “Neftçi” çempionatın debütantı “Xəzri” ilə qarşılaşıb.

Oyuna üstün başlayan “Xəzri” yekunda 80:73 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular “Neftçi”dən Ceyms Havtorn (18 xal, 5 ribaund), “Xəzri”dən Amil Həmzəyev (21 xal, 8 ribaund) olublar.

İlk turun “Xırdalan” – “Şəki”, “NTD-İndiqo” – “Sumqayıt”, “Gəncə” – “Sabah” matçları oktyabrın 28-29-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button