“Neftçi”dən macarlarla heç-heçə

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” Macarıstanın “Kişvarda” komandası ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

“Neftçi” Türkiyədə daha iki yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar”ın ikinci rəqibi yanvarın 19-da Polşanın “Visla” (Plotsk) klubu olacaq. Digər rəqib isə hələ məlum deyil.

Yoxlama oyunu

14 yanvar

Neftçi – Kişvarda (Macarıstan) 2:2
Qol
: Emin Mahmudov, 42, Ramin Nəsirli, 71.

Neftçi: 12. Kamran İbrahimov, 4. Huqo Basto, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 20. Mert Çəlik, 22. Mirabdulla Abbasov, 24. Yusuf Laval, 37. Vüsal Əsgərov, 82. Rüfət Abbasov, 97. Xəyal Nəcəfov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button