“Neftçi” – HİK cütünün məğlubu üçün potensial rəqiblər

Avropa Liqasının 3-cü mərhələsinin “Neftçi” – HİK (Finlandiya) cütünün məğlubunun Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, sözügedən görüşün məğlubu Konfrans Liqasının pley-off mərhələsinin püşkündə Çempionlar yolunda səpələnmişlər siyahısında yer alacaq və aşağıda qeyd olunan cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq.

“Makkabi” (Hayfa, İsrail) – “HB Torshavn” (Farer adaları)

“Linfild” (Şimali İrlandiya) – “Fola” (Lüksemburq)

“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)

“Riqa” (Latviya) – “Hibernians” (Malta)

“Priştina” (Kosovo) – “Bodo Qlimt” (Norveç)

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button