“Neftçi”də yeni hücumçu – rəsmi

“Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” braziliyalı hücumçu Tiaqo Bezerranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tiaqo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

34 yaşlı futbolçu “Neftçi”də 9 nömrəli formanı geyinəcək.

Bezerra daha əvvəl Türkiyədə “Altay”, “Adana Dəmirspor”, Özbəkistanda “Paxtakor”, Qətərdə “Əl Sailiyə”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button