
“Neftçi” bu gün Yunanıstan komandası ilə qarşılaşacaq
“Neftçi” Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın rəqibi Yunanıstan “Asteras”ıdır.
Keltse şəhərindəki Pilkarski stadionunda baş tutacaq oyuna saat 19:00-da start veriləcək.
Samir Abasovun rəhbərlik etdiyi komanda Polşadakı təlim-məşq toplanışında “Hapoel” (Təl-Əviv) (1:1) və “Bruk-Bet Termalika” (2:2) ilə qarşılaşmışdı.
“Neftçi” son yoxlama görüşünü isə avqustun 1-də AEL-ə (Kipr) qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



