“Neftçi” bu gün “Sivasspor”la qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” Türkiyə Super Liqasında çıxış edən “Sivasspor”la üz-üzə gələcək. Oyun saat 12:30-da başlayacaq.

“Neftçi” Boludakı ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edib. “Ağ-qaralar” hazırlıq prosesində daha bir oyun keçirməyi planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button