
“Neftçi” bu gün Polşada yoxlama oyununa çıxacaq
Təlim-məşq toplanışını Polşada davam etdirən “Neftçi” bu gün növbəti yoxlama matçını keçirəcək.
Komanda.az xəbər verir ki, Bakı klubu yerli “Termalika” komandası ilə üz-üzə gələcək. Görüş saat 13:30-da “Sportovi novini” stadionunda başlayacaq.
Samir Abasovun baş məşqçisi olduğu komanda toplanış çərçivəsindəki ilk görüşdə “Hapoel” (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb – 1:1.
“Neftçi” növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


