“Neftçi” antirekorda imza atıb
“Neftçi” Azərbaycan kubokunda antirekorda imza atıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, “ağ-qaralar”ın yarımfinal mərhələsinin ilk matçında evdə “Qarabağ”a (0:4) uduzması ilə reallaşıb.
Paytaxt klubu turnirdə ən böyükhesablı məğlubiyyətini alıb. Bakılılar bunadək kubokda yalnız bir dəfə böyük hesabla uduzub. “Ağ-qaralar” 2009/2010 mövsümündə “İnter”ə yenilib – 0:3.
“Neftçi” 14 mövsümdən sonra böyükhesablı məğlubiyyətlə yenə ev matçında üzləşib. Amma bu dəfə 3 deyil, 4 top fərqi ilə uduzan paytaxt təmsilçisi antirekorda üzülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin