Fransa DÇ-2026-nı boykot edəcək? – Nazir açıqladı

Fransanın idman naziri Marina Ferrarri milli komandanın 2026-cı il futbol üzrə dünya çempionatını boykot edəcəyi ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Mundial 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, nazir bu mərhələdə Fransa tərəfinin turniri boykot etmək niyyətində olmadığını vurğulayıb:

“Hazırda danışdığımız mərhələdə nazirliyimiz tərəfindən bu böyük yarışın boykot edilməsi ilə bağlı heç bir istək yoxdur. Əlbəttə, gələcəkdə nə baş verə biləcəyini indidən demək istəmirəm. İstəyirəm ki, idman və yarışlar siyasətdən ayrı tutul­s­un. Bununla belə, müəyyən siyasi bloklar tərəfindən boykot çağırışlarının səsləndiyini də eşitmişəm. Dünya çempionatı bütün idmansevərlər üçün son dərəcə vacib bir hadisədir”.

Daha əvvəl Avropanın bəzi milli komandalarının DÇ-2026-nı boykot edə biləcəyi barədə məlumat yayılmışdı. Buna səbəb kimi Avropa İttifaqı ölkələrinin rəhbərliyi ilə ABŞ prezidenti Donald Tramp arasında yaranan siyasi gərginlik göstərilir. ABŞ lideri Danimarkaya məxsus Qrenlandiyanın öz ölkəsinə birləşdirilməsi niyyətini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button