“Napoli”nin prezidenti Osimhen haqda: “Heç bir problem yoxdur”

“Napoli”nin prezidenti Aurelio de Laurentis hücumçu Viktor Osimhenlə klub arasındakı gərginliyi şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandada heç bir problemin olmadığını deyib:

“Osimhen komandada əsas oyunçulardandır, bunu müzakirə etmək olmaz. Heç bir problem yoxdur. Klubda hər kəs xoşbəxtdir. Problemlər gəlir və gedir”.

Daha əvvəl sosial şəbəkədə nigeriyalı futbolçu ilə bağlı yumoristik videonun yayılmasına görə Osimhenlə İtaliya klubu arasında münaqişə yarandığı məlum olub.

25 yaşlı hücumçu bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 9 oyuna çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button