“Napoli”nin keçmiş futbolçusu gürcünü təriflədi

İtaliyanın “Napoli” klubunun sabiq yarımmüdafiəçisi Marek Hamşik gürcüstanlı futbolçu Xviça Kvaratsxeliyanın cari mövsümdə İtaliya A Seriyasında debütünü qiymətləndirib.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Hamşik, gənc hücumçuya öz bacarığını nümayiş etdirmək üçün cəmi bir neçə matç lazım olduğunu deyib:

“Napoli”yə elə bir statusda gəldim ki, insanlar dedilər: “Bu kimdir? Bu skeptisizm böyüməyimizə kömək etdi. Eyni vəziyyət Kim (Min Jae, “Napoli”nin müdafiəçisi) və Kvaratsxeliya ilə bağlı da yarandı. Kvaratsxeliyaya gücünü və istənilən rəqibi təkbətək mübarizədə məğlub etmək qabiliyyətini nümayiş etdirmək üçün iki matç kifayət etdi”.

22 yaşlı Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində 38 oyunda 14 qol vurub və 16 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button