“Napoli”nin daha bir futbolçusu sıradan çıxıb

“Napoli”nin baş məşqçisi Antonio Konte daha bir itki ilə üzləşib.

Komandanın slovakiyalı yarımmüdafiəçisi Stanislav Lobotka zədə səbəbindən sıradan çıxıb. O, artıq komandanın zədəlilər siyahısında yer alan Andre-Frank Zambo Anqissa və Kevin de Bruyneyə qoşulub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Lobotka “Kalyari”yə qarşı keçirilən İtaliya kuboku matçında xəsarət alıb. Zədənin çox ciddi olmamasına baxmayaraq, onun qarşıdakı həftəsonu “Yuventus”la baş tutacaq görüşü buraxacağı demək olar ki, dəqiqdir.

Daha uzunmüddətli vəziyyətlə bağlı isə hələlik dəqiq proqnoz vermək çətindir. Lobotkanın agenti bir müddət əvvəl futbolçunun Konte ilə işləməyin çətin olduğuna işarə edən açıqlamalar vermişdi.

“Napoli” UEFA Çempionlar Liqasının 5-ci turunda evdə “Qarabağ”la qarşılaşıb – 2:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button