“Napoli”də koronavirusa yeni yoluxma

İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Fabian Ruisdə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 24 yaşlı ispan futbolçudan götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bu üzdən də o, karantinə alınıb.

İspaniya yığmasının üzvü komandasının qarşıdakı “Fiorentina”, “Yuventus” və “Veroona” ilə oyunlarını buraxmalı olacaq.

Xatırladaq ki, “Napoli”də hücumçu Viktor Osimhen də bir müddət əvvəl koronavirusa yoluxub və karantindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button