“Napoli”nin prezidenti: “Mən onu tam dəstəkləyirəm”

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın yeni baş məşqçisi Rudi Qarsiya barədə fikirlərini bildirib.

Komanda.az “ITASportPress”-ə istinadən xəbər verir ki, o, fransalı mütəxəssisi dəstəklədiyini deyib:

“Qarsiyaya inanırıq. O, ötən mövsüm qazandığımız uğurun ardını gətirəcək. Hər dəfə Rudi ilə danışanda düzgün seçim etdiyimi düşünürəm. Mən onu tam dəstəkləyirəm”.

Neapol təmsilçisi iyunun 15-də 59 yaşlı mütəxəssisi klubun yeni baş məşqçisi kimi elan edib. O, 2022/23 mövsümündə “Napoli”ni İtaliya çempionu edən Luçano Spallettini əvəzləyib.

Qarsiya son olaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasına rəhbərlik edib. O, daha öncə “Roma”, “Lion”, “Marsel”, “Lill”, “Le Man”, “Dijon” və “Sent Etyen”in də baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button