
“Napoli” Maktomineyə daha sərfəli müqavilə təklif edəcək
“Napoli” yarımmüdafiəçisi Skott Maktomineylə yeni müqavilə imzalamağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol təmsilçisi 29 yaşlı futbolçuya müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan və daha bir mövsüm uzadılma bəndini özündə əks etdirən yeni müqavilə təklif edəcək.
Bundan əlavə, “Napoli” futbolçunun illik maaşını da əhəmiyyətli dərəcədə artırmağa hazırdır. Klub hazırda 4,4 milyon avro qazanan oyunçuya yeni müqavilə ilə illik 7 milyon avro ödəməyi planlaşdırır. Ancaq şotlandiyalı yarımmüdafiəçi mövsümə görə 10 milyon avro maaş almaq istəyir.
Maktominey ötən mövsüm bütün turnirlərdə 44 oyunda meydana çıxıb, 14 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Napoli” ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Bizi Facebook-da izləyin



