“Napoli” gürcü futbolçuya yeni müqavilə təklif edib

“Napoli” futbolçusu Xviça Kvaratsxeliyaya yeni müqavilə imzalamağı təklif edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Aurelio De Laurentis məlumat verib:

“Üç ay əvvəl onun agentləri ilə görüşdük, müqaviləni uzatmağı təklif etdim. Cavab belə oldu: “Narahat olmayın, biz burada xoşbəxtik, mövsümün sonunda danışaq”.

Gürcüstanlı oyunçunun klubla hazırkı müqaviləsi 2027-ci il iyunun 30-a qədər nəzərdə tutulub.

Kvaratsxeliya bu mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button