“Napoli” gürcü futbolçu üçün 150 milyon avro istəyir

“Napoli” futbolçusu Xviça Kvaratsxeliya ilə bağlı qərar verib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Neapol klubu gürcü futbolçunu 150 milyon avroya satmağa hazırdır.

Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, bu mövsüm bütün yarışlarda 36 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button