Poqbaya yeni təklif

İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Pol Poqbayla bağlı qərarını verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 26 yaşlı futbolçuyla müqavilənin müddətini uzatmaq niyyətindədir. Bunun üçün futbolçunun meneceri Mino Rayola ilə danışıqlara başlayan klub, fransalı futbolçuya uzunmüddətli müqavilə təklif etmək istəyir. Yay transfer pəncərəsi dövründə “Real”la danışıqlar aparan Poqbanın klubdan ayrılmaq istədiyi, amma Mançester təmsilçisinin onunla razılıq əldə ediləcəyinə ümid etdiyi bildirilir.

Fransalı futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub. Klub Poqbayla müqavilənin müddətini uzatmaqla bağlı razılığa gələ bilməsə, cari mövsümün sonunda onu satmağa məcbur olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button