“Mançester Yunayted” keçmiş futbolçusunu geri qaytarmaq istəyir

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, şotlandiyalı futbolçu ilə onun sabiq klubu “Mançester Yunayted” maraqlanır. “Qırmızı şeytanlar”ın rəhbərliyi yarımmüdafiəçinin geri dönüş variantını nəzərdən keçirir.

Maktominey 2017–2024-cü illərdə Mançester təmsilçisinin formasını geyinib. Daha sonra o, karyerasını İtaliyada davam etdirmək qərarına gəlib. “Arsenal”ın da ona maraq göstərdiyi bildirilmişdi.

29 yaşlı yarımmüdafiəçinin “Napoli” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button