“Mançester Yunayted”in fransız sevgisi

“Real”ın futbolçusu Rafael Varan karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted” 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Klub qış transfer pəncərəsi dövründə müdafiəçini heyətinə qatmaq niyyətindədir. “Qırmızı şeytanlar”ın Varan üçün təklif göndərməyə hazır olduğu bildirilir.

Fransalı futbolçunun “Real”la müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button